Yuxarı

​Mark Sukerberq müsəlmanların müdafiəsinə qalxıb

Facebook sosial şəbəkəsinin yaradıcısı deyib ki, nifrət ədəbsizliyə yol aça bilər

Bakı. 10 dekabr. REPORT.AZ/ "Facebook" sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Trampın bəyanatı səbəbindən yaranan qalmaqal fonunda müsəlmanlara dəstəyini ifadə edib.

"Report" xəbər verir ki, bu barədə o, öz rəsmi "Facebook" səhifəsində yazıb.

"Valideynlərim bir yəhudi olaraq mənə öyrədiblər ki, biz istənilən birliyə qarşı hücumlara müqavimət göstərməliyik. Hətta bu gün hücum bizə qarşı yönəlməsə belə, zamanla azadlığa edilən hücum hamımıza ziyan vuracaq", - deyə o bildirib.

Sukerberqin sözlərinə görə, nifrət ədəbsizliyə yol aça bilər, lakin nə qədər ki, insanlar bir-birində yaxşı nüanslar görürlər, yaxşı dünya qurmaq üçün fürsət qalır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi