Mariupolda Ermənistan bayrağı olan “humanitar karvan” görüntülənib

Mariupolda Ermənistan bayrağı olan “humanitar karvan” görüntülənib Rusiya hərbçiləri tərəfindən işğal edilən Ukraynanın Mariupol şəhərində üzərində Ermənistan bayrağı olan “humanitar karvan” görüntülənib.
Digər ölkələr
20 Mart , 2023 04:47
Mariupolda Ermənistan bayrağı olan “humanitar karvan” görüntülənib

Rusiya hərbçiləri tərəfindən işğal edilən Ukraynanın Mariupol şəhərində üzərində Ermənistan bayrağı olan “humanitar karvan” görüntülənib.

“Report” xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko özünün teleqram kanalında bildirib.

Onun sözlərinə görə, yük avtomobillərini sayrışan mayakları olan avtomobillər müşayiət edib.

“İlyiç istiqamətində Ermənistanın, Dağıstanın bayraqları olan, üzərində “humanitar missiya” yazısı olan dörd yük avtomobili görüntülənib”.

Son xəbərlər

Orphus sistemi