Yuxarı
    Bağlamaq

    Marin Le Pen bütün əcnəbi məhkumların Fransadan çıxarılacağına söz verib

    O, ölkəni İslam fundamentalizmindən qoruyacağını da deyib

    Bakı. 5 fevral. REPORT.AZ/ Fransa prezidentliyinə radikal sağçı namizəd Marin Le Pen cinayət və qanun pozuntusuna görə həbs olunan bütün əcnəbilərin ölkədən xaric ediləcəyinə dair vəd verib.

    "Report" DW-yə istinadən xəbər verir ki, M.Le Pen, həmçinin öz seçicilərinə seçkilərdə qalib gələcəyi təqdirdə ölkəni İslam fundamentalizmi və qloballaşmadan qoruyacağına söz verib.

    "Parçalanma artıq sağçılar və solçular arasında deyil, vətənpərvərlər və qlobalçılar arasındadır", - deyə M.Le Pen bildirib.

    Namizəd İslam fundamentalizmi və iqtisadi qloballaşmanı totalitarizmin iki forması adlandırıb: "Bu iki idealogiya Fransanı diz üstündə çökdürmək istəyir".

    O əlavə edib ki, müsəlman qadınların üzlərini örtən baş geyimindən istifadəsi, o cümlədən küçələrdə ibadətlər qəbuledilməzdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi