Almaniya kansleri: "Avropada sərhədlərin pozulmaması üçün əlimizdən gələni edəcəyik”

Digər ölkələr
  • 16 dekabr, 2021
  • 10:15
Almaniya kansleri: Avropada sərhədlərin pozulmaması üçün əlimizdən gələni edəcəyik”

"Avropa İttifaqının (Aİ) zirvə görüşündə Ukrayna-Rusiya sərhədindəki gərginliklə bağlı müzakirə əsnasında Avropada sərhədlərin toxunulmazlığı sülhün başlıca şərti kimi dəyərləndiriləcək".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts görüşdə iştirak etmək üçün Brüsselə gəldikdən sonra bildirib.

“Biz sərhədlərin həqiqətən pozulmaması üçün bir yerdə əlimizdən gələni edəcəyik”, – o vurğulayıb.