Mançesterdə terror aktında şübhəli bilinən 23 yaşlı gənc saxlanılıb

Mançesterdə terror aktında şübhəli bilinən 23 yaşlı gənc saxlanılıb Bir müddət əvvəl bir neçə şübhəlinin saxlanıldığı barədə məlumat yayılsa da, informasiya rəsmi mənbələr tərəfindən təsdiqlənməyib
Digər ölkələr
23 May , 2017 15:28
Mançesterdə terror aktında şübhəli bilinən 23 yaşlı gənc saxlanılıb

Bakı. 23 may. REPORT.AZ/ “Mançester stadionunda törədilən terror aktında iştirakda şübhəli bilinən 23 yaşlı kişini saxlamışıq”.

“Report” xəbər verir ki, bunu Mançesterin Şəhər Polis İdarəsi “Twitter” səhifəsində yazıb.  

Xatırladaq ki, bir müddət əvvəl "Manchester Evening News" terror aktı ilə əlaqədar bir neçə şübhəlinin  saxlanıldığı barədə məlumat yaysa da, sonradan informasiya rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. 

Qeyd edək ki, Mançesterdə amerikalı müğənni Ariana Qrandenin konsertində törədilən terror aksiyası nəticəsində 22 nəfər ölüb, 59 tamaşaçı yaralanıb.

Son xəbərlər

Orphus sistemi