Mançesterdə silahlı insident nəticəsində 10 nəfər yaralanıb - VİDEO

Mançesterdə silahlı insident nəticəsində 10 nəfər yaralanıb - VİDEO Bakı. 12 avqust. REPORT.AZ/ Böyük Britaniyanın Mançester şəhərində atışma baş verib.
Digər ölkələr
12 Avqust , 2018 10:34
Mançesterdə silahlı insident nəticəsində 10 nəfər yaralanıb - VİDEO

Bakı. 12 avqust. REPORT.AZ/ Böyük Britaniyanın Mançester şəhərində atışma baş verib.

“Report” xəbər verir ki, yerli polisin məlumatına görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

"Sky"ın məlumatına görə, hadisə avqustun 12-nə keçən gecə Moss-Sayd rayonunda qeydə alınıb. Hadisədən bir neçə saat əvvəl ərazidə karnaval keçirilib, ona görə orada çoxlu adam olub.

Yaralıların hansı vəziyyətdə olduğu hələ ki, məlum deyil. Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları işləyirlər.

Son xəbərlər

Orphus sistemi