Malinin Barselonadakı fəxri konsulunun girov götürülmüş həyat yoldaşı azad olunub - YENİLƏNİB
- 19 mart, 2018
- 20:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 mart. REPORT.AZ/ Bu gün axşam saatlarında Malinin Barselonadakı (İspaniya) konsulluğunda girov götürülmüş qadın azad olunub.
“Report” xəbər verir ki, bu barədə Kataloniya polisi öz "Twitter" səhifəsində yazıb.
"Malinin Barselonadakı konsulluğunda girov götürülmüş qadın azad olunub. Onu girov götürən kişi saxlanılıb", - deyə məlumatda bildirilir.
***22:48
Bakı. 19 mart. REPORT.AZ/ Malinin Barselonadakı fəxri konsulluğunda naməlum şəxs bir qadını girov götürüb, hazırda onunla danışıqlar aparılır.
“Report” xəbər verir ki, bu barədə Kataloniyanın "Mossos d'Esquadra" hüquq-mühafizə qüvvələrinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.
Bildirilir ki, girov götürülən qadın Malinin fəxri konsulunun həyat yoldaşıdır. Onu girov götürən də Malidəndir və inzibati vəziyyətinin nizama salınmasını tələb edir. Polisin məlumatına görə, kişinin şəxsiyyəti müəyyən edilib və o, silahsızdır.