Malidə otelə silahlı hücum olub, ölən və yaralananlar var

Malidə otelə silahlı hücum olub, ölən və yaralananlar var Mehmanxanaya beş nəfərdən ibarət qrup hücum edib
Digər ölkələr
29 Mart , 2018 06:35
Malidə otelə silahlı hücum olub, ölən və yaralananlar var

Bakı. 29 mart. REPORT.AZ/ Malinin Bandiaqara şəhərində 5 nəfərdən ibarət qrup "La Falaise" otelinə silahlı hücum edib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, silahlılar otelin mühafizə olunan girişinə gələrək atəş açıblar və cavab atəşi ilə qarşılaşıblar.

Atışma nəticəsində otelin biri mühafizəçi olmaqla 3 əməkdaşı yaralanıb. Sonradan mühafizəçi keçinib. Silahlılardan biri məhv edilib, digərləri qaçmağa müvəffəq olub.

Son xəbərlər

Orphus sistemi