Malidə ektremistlərin hücumu zamanı 25 hərbçi öldürülüb

Digər ölkələr
  • 01 oktyabr, 2019
  • 22:24
Malidə ektremistlərin hücumu zamanı 25 hərbçi öldürülüb

Malidə ektremistlər ölkənin mərkəzi hissəsində, Burkino-Faso ilə sərhəddəki iki hərbi düşərgəyə hücum ediblər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hücum zamanı azı 25 hərbçi öldürülüb. 

Qeyd edilir ki, daha 60 hərbçinin taleyi naməlumdur. "France Presse" agentliyi bildirib ki, Mali ordusu antiterror əməliyyatının gedişatında düşərgələrə nəzarəti ələ alıb. Əməliyyat zamanı 15 silahlı məhv edilib.

Ehtimal edilir ki, hərbçilərə hücumun arxasında "Ənsar ül-İslam" terror qruplaşması dayanır. Quplaşma üzvləri hücum zamanı ağır silahlardan istifadə ediblər. 

44 filmi