Malayziyaya gələnlər karantinə alınacaq

Malayziyaya gələnlər karantinə alınacaq Malayziya hökuməti ölkəyə xaricdən qayıdanların, habelə gələn əcnəbilərin 24 iyul tarixindən etibarən mehmanxanalarda və karantin mərkəzlərində icbari karantin keçəcəkləri barədə qərar verib.
Digər ölkələr
21 İyul , 2020 19:53
Malayziyaya gələnlər karantinə alınacaq

Malayziya hökuməti ölkəyə xaricdən qayıdanların, habelə gələn əcnəbilərin 24 iyul tarixindən etibarən mehmanxanalarda və karantin mərkəzlərində icbari karantin keçəcəkləri barədə qərar verib.

“Report” “The Star”a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında ölkənin baş naziri Datuk Seri İsmayıl Səbri Yaqub bildirib.

Həmin şəxslərin karantinlə bağlı bütün xərclərini dövlətin ödəyəcəyi bildirilir.

İyun ayının 10-dan ölkəyə qayıdanlardan testləri mənfi çıxanlar üçün icbari karantini evdə keçmələri barədə qərar çıxarılıb. Baş nazirin dediyinə görə, iyunun 10-dan iyul ayının 20-dək olan müddət ərzində ölkəyə Kuala Lumpur Beynəlxalq Hava Limanı vasitəsilə qayıdan 22 480 nəfərdən 22 402 nəfəri evdə karantin keçib, 78 nəfəri də xəstəxanalara yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi