Malayziyanın sabiq baş naziri cinayət işi çərçivəsində 6 saatdan artıq dindirilib

Digər ölkələr
  • 16 oktyabr, 2018
  • 12:34
Malayziyanın sabiq baş naziri cinayət işi çərçivəsində 6 saatdan artıq dindirilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Malayziyanın 1MDB dövlət investisiya fondunda korrupsiyaya görə bir neçə cinayətdə ittiham olunan sabiq baş nazir Nəcib Rəzzaq növbəti dəfə Milli Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına çağırılaraq 6 saatdan artıq dindirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, sabiq hökumət başçısı iki dəfə həbs olunaraq etibardan sui-istifadə və pulların yuyulmasına dair 25 epizodda ittiham olunub. Ümumiyyətlə, 1MDB fondu ilə bağlı cinayət işləri çərçivəsində keçmiş baş nazirin iştirak edə biləcəyi 40-dan artıq epizod komissiya tərəfindən araşdırılır.