Malayziyada tankerdə yanğın olub, 4 nəfər xəsarət alıb

Malayziyada tankerdə yanğın olub, 4 nəfər xəsarət alıb Malayziyanın şərqindəki Saravak ştatında neft tankerində yanğın baş verib.
Digər ölkələr
26 Noyabr , 2019 11:34
Malayziyada tankerdə yanğın olub, 4 nəfər xəsarət alıb

Malayziyanın şərqindəki Saravak ştatında neft tankerində yanğın baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 4 nəfər yanıq xəsarətləri alıb.

Yerli hökumət orqanlarının bildirdiyinə görə, yanğın baş verən zaman tanker verfdə olub. Hadisə yerinə gələn yanğınsöndürmə briqadası partlayışın qarşısını alıb, yanğının söndürülməsi üçün əməliyyat hələ də davam edir.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər və onlardan birinin vəziyyəti ağırdır.

Yanğının səbəbləri müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi