Malayziyada sərnişin gəmisi itib

Digər ölkələr
  • 12 may, 2019
  • 09:52
Malayziyada sərnişin gəmisi itib

Malayziyanın Saravak ştatında göyərtəsində insanların olduğu sərnişin gəmisi itib.

"Report" "The Star" nəşrinə istinadən xəbər verir ki, hadisə şənbə günü axşam saatlarında baş verib.

İlkin məlumatlara görə, gəmi çevrilib.

Hazırda axtarış-xilasetmə işləri aparılır.

Sərnişinlərin sayı və gəminin marşrutu barədə dəqiq məlumat yoxdur.