Malayziyada iki əcnəbiyə qarşı Kim Çon Namın qətli ilə bağlı ittiham irəli sürülüb

Malayziyada iki əcnəbiyə qarşı Kim Çon Namın qətli ilə bağlı ittiham irəli sürülüb Əgər onlara qarşı ittihamlar sübuta yetirilsə, hər iki şəxsi ölüm cəzası gözləyir
Digər ölkələr
1 Mart , 2017 07:16
Malayziyada iki əcnəbiyə qarşı Kim Çon Namın qətli ilə bağlı ittiham irəli sürülüb

Bakı. 1 mart. REPORT.AZ/ Malayziyada iki qıza qarşı Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın qardaşı Kim Çon Namın qətli ilə bağlı ittiham irəli sürülüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, onların hər ikisi xarici ölkə vətəndaşlarıdır. Söhbət 25 yaşlı İndoneziya vətəndaşı Siti Aysiadan və 29 yaşlı Vyetnam sakini Doan Txi Xuonqdan gedir.

Əgər onlara qarşı ittihamlar sübuta yetirilsə, hər iki şəxsi ölüm cəzası gözləyir.

Qeyd edək ki, bu işlə əlaqədar daha bir neçə nəfər şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi