Makronla görüşdən sonra Litva hökumətinin əməkdaşları təcridetməyə getdilər

Makronla görüşdən sonra Litva hökumətinin əməkdaşları təcridetməyə getdilər Litva prezidenti ofisinin beş əməkdaşı Fransa prezidenti Emmanuel Makronun bu ölkəyə səfərindən sonra özünü təcridetməyə gediblər.
Digər ölkələr
4 Oktyabr , 2020 07:16
Makronla görüşdən sonra Litva hökumətinin əməkdaşları təcridetməyə getdilər
Emmanuel Makron

Litva prezidenti ofisinin beş əməkdaşı Fransa prezidenti Emmanuel Makronun bu ölkəyə səfərindən sonra özünü təcridetməyə gediblər.

Bu barədə “Report” Litva prezidentinin saytına istinadən xəbər verir.

"Fransa nümayəndə heyətinin üzvləri ilə təhlükəli əlaqədə olan şəxslərdən özünü təcridetməyə getməyi xahiş etdilər. Onlar koronavirus testi verəcəklər", - xəbərdə qeyd edilir.

Qeyd edilir ki, daha əvvəl Litvada olmuş Fransa məmurları koronavirusdan müsbət testlər veriblər. Fransa prezidentini Litvada təmsil edən iki rəsmi şəxsdə COVID-19 aşkarlanıb. 

Litva prezidenti Qitanas Nauseda və arvadı Diana Nauseda hələ təcrid edilməyəcəklər. Rəsmi məlumata görə, Litva prezidentinin sarayı bu gün dezinfeksiya olunacaq.

Daha əvvəl Makron Litvaya rəsmi səfər edib. O, Belarus prezidentliyinə sabiq namizəd Svetlana Tixanovskaya ilə də görüşüb.

Son xəbərlər

Orphus sistemi