Makron: “Fransada koronavirus pandemiyasının ikinci dalğası başlayıb”

Makron: “Fransada koronavirus pandemiyasının ikinci dalğası başlayıb” Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkədə koronavirus pandemiyasının ikinci dalğası başlayıb.
Digər ölkələr
14 Oktyabr , 2020 23:57
Makron: “Fransada koronavirus pandemiyasının ikinci dalğası başlayıb”

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkədə koronavirus pandemiyasının ikinci dalğası başlayıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Biz ikinci dalğanın olduğu dövrdəyik", - dövlət başçısı deyib.

Prezidentin sözlərinə görə, bu yeni tədbirlərin qəbulunu tələb edir. Makron bildirib ki, ölkədə koronavirusa rekord sayda yoluxmalar qeydə alınır. Buna görə də, paytaxt Paris başda olmaqla, ölkənin bir sıra şəhərlərində 17 oktyabr axşam saat 21:00-dan səhər saat 06:00-a kimi küçəyə çıxmaq qadağası tətbiq olunacaq. Karantin tədbirləri 4 həftə davam edəcək.

Son xəbərlər

Orphus sistemi