Makron: "Fransa və Çexiya Ukraynada atəşkəsin təmin edilməsinə dəstək verəcək"

Makron: "Fransa və Çexiya Ukraynada atəşkəsin təmin edilməsinə dəstək verəcək" Fransa Prezidenti Emmanuel Makron Çexiyanın baş naziri Petr Fiala ilə görüşü zamanı Ukraynada atəşkəsə nail olmaq üçün rəsmi Kiyevə yardımı müzakirə etmək niyyətindədir.
Digər ölkələr
8 İyun , 2022 02:20
Makron: Fransa və Çexiya Ukraynada atəşkəsin təmin edilməsinə dəstək verəcək

Fransa Prezidenti Emmanuel Makron Çexiyanın baş naziri Petr Fiala ilə görüşü zamanı Ukraynada atəşkəsə nail olmaq üçün rəsmi Kiyevə yardımı müzakirə etmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, Makron bu barədə Yelisey sarayında mətbuat konfransında bildirib.

“Biz Ukraynadakı vəziyyət və Volodimir Zelenskiyə atəşkəsə nail olmaqda kömək etmək səyləri, eləcə də Ukraynanın Avropa ailəsində gələcəyi ilə bağlı fikir mübadiləsi aparacağıq”, - Fransa lideri deyib.

Makron Ukraynadan olan qaçqınların qəbulunda Çexiya ilə həmrəy olduğunu qeyd edib.

O, həmçinin gələcəkdə Aİ-yə daxil olmaq istəyən ölkələr üçün daha əvvəl təklif edilən “Avropa siyasi icması”nın yaradılması ilə bağlı məsələləri Fiala ilə müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi