Makedoniyada fövqəladə vəziyyət elan edilib

Makedoniyada fövqəladə vəziyyət elan edilib Yanğınların başladığı iki həftə ərzində Skopye yaxınlığındakı kənddə yanmış insan cəsədi tapılıb
Digər ölkələr
6 Avqust , 2017 20:14
Makedoniyada fövqəladə vəziyyət elan edilib
Courtesy İmage

Bakı. 6 avqust. REPORT.AZ/ Makedoniyada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

"Report" xəbər verir ki, bu barədə Makedoniyanın hökumət saytında məlumat verilib.

Daxili işlər naziri Oliver Spasovski bildirib ki, fövqəladə vəziyyət rejimi 30 gün müddətində qüvvədə olacaq.

Polisin məlumatına görə, meşə yanğınlarının başladığı iki həftə ərzində Skopye yaxınlığındakı kənddə yanmış insan cəsədi tapılıb. Mərkəzi regionda isə iki ev yanıb.

Son xəbərlər

Orphus sistemi