Mahmud Abbas Fələstin Azadlıq Təşkilatına yenidən sədr seçilib

Digər ölkələr
  • 04 may, 2018
  • 04:46
Mahmud Abbas Fələstin Azadlıq Təşkilatına yenidən sədr seçilib

Bakı. 4 may. REPORT.AZ/ Fələstin Azadlıq Təşkilatının İcra Komitəsi Fələstin Prezidenti Mahmud Abbası sədr postuna yenidən seçib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Wafa" agentliyi məlumat yayıb.

Bildirilir ki, qərar Fələstin Milli Şurasının Rəmallahda keçirilən iclasında yekdilliklə qəbul olunub.

44 filmi