Mahatma Qandinin nəvəsi Hindistanın vitse-prezidenti vəzifəsi uğrunda mübarizə aparacaq

Mahatma Qandinin nəvəsi Hindistanın vitse-prezidenti vəzifəsi uğrunda mübarizə aparacaq Hindistan parlamenti bu gün ölkənin yeni vitse-prezidentini seçəcək
Digər ölkələr
5 Avqust , 2017 06:13
Mahatma Qandinin nəvəsi Hindistanın vitse-prezidenti vəzifəsi uğrunda mübarizə aparacaq

Bakı. 5 avqust. REPORT.AZ/ Hindistan parlamenti bu gün ölkənin yeni vitse-prezidentini seçəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu posta namizəd olan iki şəxs arasında ölkənin azadlığı uğrunda mübarizə aparmış Mahatma Qandinin nəvəsi Qopalkrişna Qandi də var.

Ölkənin hazırkı vitse-prezidenti Məhəmməd Həmid Ənsarinin vəzifəsinin səlahiyyət müddəti avqustun 10-da başa çatacaq. Bu, Ənsarinin həmin vəzifədə ikinci səlahiyyət müddətidir. O, bu vəzifəni birinci dəfə 2007-ci ildə tutub və namizədliyi Hindistan Milli Konqresi tərəfindən irəli sürülüb.

Hindistanın konstitusiyasına əsasən, vitse-prezident vəzifəcə ölkə parlamentinin yuxarı palatasının sədri postunu tutur. Eyni zamanda vitse-prezident ölkənin ikinci şəxsidir və prezidentin ölümü, xəstəliyi zamanı vitse-prezident onun səlahiyyətlərini icra edir.

Ölkə qanunvericiliyinə görə, yaşı 35-dən çox olan və ödənişli mərkəzi və regional hökumət orqanlarında çalışmayan (prezident, vitse-prezident, ştat qubernatoru və nazir vəzifələri istisna olmaqla) hər bir vətəndaş vitse-prezident vəzifəsinə namizədliyini irəli sürə bilər.

Son xəbərlər

Orphus sistemi