Maduro Quaidonu onun qətlini hazırlamaqda ittiham edib

Maduro Quaidonu onun qətlini hazırlamaqda ittiham edib Venesuelanın dövlət başçısı Nikolas Maduro şənbə günü ABŞ və özünü qanunsuz olaraq prezident elan etmiş müxalifət lideri Xuan Quaidonu onun qətlinə dair plan hazırlamaqda ittiham edib.
Digər ölkələr
24 Mart , 2019 06:46
Maduro Quaidonu onun qətlini hazırlamaqda ittiham edib

Venesuelanın dövlət başçısı Nikolas Maduro şənbə günü ABŞ və özünü qanunsuz olaraq prezident elan etmiş müxalifət lideri Xuan Quaidonu onun qətlinə dair plan hazırlamaqda ittiham edib.

“Report” xəbər verir ki, o bunu yerli televiziyanın efirində tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Amerika imperializmi məni öldürmək istəyir. Biz bu planın üstünü yenicə açmışıq. Şeytanın əlaltısı məni öldürmək üçün bu plana şəxsən rəhbərlik edir. Bizim əlimizdə sübut var, lakin onlar bizimlə bacarmadılar və bacarmayacaqlar, çünki bizi Allah qoruyur", - deyə Maduro bildirib.

O, çıxışı zamanı Quaidonu bir neçə dəfə "Şeytanın əlaltısı" adlandırıb.

Son xəbərlər

Orphus sistemi