Maduro istefası ilə bağlı referendum keçirməyə hazırdır

Maduro istefası ilə bağlı referendum keçirməyə hazırdır Venesuela prezidenti Nikolas Maduro bildirib ki, 2022-ci ildə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı irəli sürülən ideyanın tərəfdarları kifayət qədər imza toplayacağı təqdirdə referendum keçirməyə hazırdır.
Digər ölkələr
25 İyun , 2020 05:40
Maduro istefası ilə bağlı referendum keçirməyə hazırdır
Nikolas Maduro

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, 2022-ci ildə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı irəli sürülən ideyanın tərəfdarları kifayət qədər imza toplayacağı təqdirdə referendum keçirməyə hazırdır.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, onun çıxışı dövlət televiziyasında yayımlanıb.

“10 yanvar 2022-ci ildə prezident Maduronun səlahiyyətlərinin dayandırılması ilə bağlı referendum üçün imzalar toplamağa başlamaq mümkün olacaq. Arzu edənlər imza toplamaq üçün küçələrə çıxa bilərlər”-deyə, Maduro bildirib.

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduronun səlahiyyət müddəti 10 yanvar 2025-ci ildə bitir.

Son xəbərlər

Orphus sistemi