Maduro Baydeni qələbə münasibətilə təbrik etdi

Maduro Baydeni qələbə münasibətilə təbrik etdi Venesuela prezidenti Nikolas Maduro Co Baydeni ABŞ-da prezident seçkilərində qələbə münasibətilə təbrik edib.
Digər ölkələr
8 Noyabr , 2020 04:13
Maduro Baydeni qələbə münasibətilə təbrik etdi
Nikolas Maduro

Venesuela prezidenti Nikolas Maduro Co Baydeni ABŞ-da prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə Maduro özünün tvitterdəki hesabında yazıb.

"Amerika xalqını baş tutmuş prezident seçkiləri münasibətilə təbrik edirəm. Mən həmçinin prezident seçilmiş Cozef Baydeni və vitse-prezident Kamala Harrisi təbrik edirəm", - dövlət başçısı sosial şəbəkədə yazıb.

Venesuela müxalifətinin lideri Xuan Quaydo da həmçinin Baydeni prezident seçkilərində qələbə münasibətilə təbrik edib və Maduronun rəqiblərinin dəstəyinə ümidini ifadə edib.

"Cozef Baydeni, Kamala Harrisi və Amerika xalqını təbrik edirəm. Biz brlikdə demokratiyanın bərpası, azadlıqlar, Venesuela xalqının hüquqlarının müdafiəsi üzərində işləyəcəyik", - o tvitterdə yazıb.

Son xəbərlər

Orphus sistemi