Madriddə güclü partlayış: 11 yaralı, 3 ölü

Madriddə güclü partlayış: 11 yaralı, 3 ölü İspaniyanın paytaxtı Madrid şəhərində partlayış olub.
Digər ölkələr
20 Yanvar , 2021 23:35
Madriddə güclü partlayış: 11 yaralı, 3 ölü

İspaniyanın paytaxtı Madrid şəhərində baş verən güclü partlayış nəticəsində 11 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə məlumat şəhərin Fövqəladə Hallar Nazirliyinin rəsmi tvitter səhifəsində yerləşdirilib.

Qeyd olunub ki, yaralı şəxslərə tibbi yardım göstərilib. On nəfərin xəsarəti yüngüldür, lakin bir nəfərin vəziyyəti ağırdır.

Bundan əvvəl, partlayış nəticəsində üç nəfərin öldüyü, bir şəxsin itkin düşdüyü bildirilmişdi.

Partlayış baş verən ərazidə yerləşən bir neçə bina təhlükəsizlik məqsədi ilə boşaldılıb.

19:00

İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən binada baş verən partlayış zamanı azı altı nəfər xəsarət alıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən məlumat verir.

Şəhər polisi partlayış nəticəsində bir neçə nəfərin öldüyünü bildirib.

Qeyd olunub ki, qaz sızması nəticəsində baş verən hadisə qocalar evində qeydə alınıb.

18:20

İspaniyanın paytaxtı Madrid şəhərində partlayış olub.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, partlayış şəhərin mərkəzində yerləşən binada qeydə alınıb.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Son xəbərlər

Orphus sistemi