Madaqaskarda qasırğa qurbanlarının sayı 50 nəfərə çatıb

Madaqaskarda qasırğa qurbanlarının sayı 50 nəfərə çatıb Təbii fəlakətdən ümumilikdə 176 min insan əziyyət çəkib
Digər ölkələr
12 Mart , 2017 12:05
Madaqaskarda qasırğa qurbanlarının sayı 50 nəfərə çatıb

Bakı. 12 mart. REPORT.AZ/ Madaqaskarda "Enavo" tropik qasırğası nəticəsində ölənlərin sayı ən azı 50 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə və Təhlükənin Azaldılması üzrə Milli Bürosunun (BNGRC) icraçı katibi Tyerri Ventiyə istinadən "Frans Press" məlumat yayıb.

Bundan əvvəl ölənlərin sayının 38, yaralıların isə 180 nəfər olduğu bildirilirdi.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində ümumilikdə 176 mindən çox insan zərər çəkib. Zərərçəkənlərin yerləşdirilməsi üçün 137 mərkəz açılıb.

Son xəbərlər

Orphus sistemi