Macarıstan Rusiyaya qarşı sanksiyalara görə 8,5 milyard dollar itirib
Digər ölkələr
- 18 dekabr, 2019
- 01:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) tərəfindən Rusiya əleyhinə sanksiyaların tətbiqindən sonra Macarıstan 8,5 milyard dollar itirib.
“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto söyləyib.
“Sanksiyaların tətbiq edildiyi andan etibarən 8.5 milyard dollar itirmişik. Sanksiyalar tətbiq olunmazdan əvvəl Rusiya ikinci ən böyük ticarət tərəfdaşımız olub. Əlbəttə ki, çox ixrac imkanlarımızı da itirdik”.
Eyni zamanda nazir, Macarıstanın sanksiyalar məsələsində Avropanın birliyini heç zaman pozmadığını və gələcəkdə də bunu etmək niyyətində olmadığını qeyd edib:
“Həmişə siyasi və iqtisadi baxımdan ədalətli dialoqu təşviq etsək də, sanksiyalar işimizi xeyli çətinləşdirir”.
Son xəbərlər
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr
04:57
Rubio: Vens prezident seçkilərində iştirak etsə, onu dəstəkləyəcəyəm
Digər ölkələr
04:07
Foto
Türkiyənin sabiq naziri Fatma Betül Sayan Kaya həbs edilib
Region
03:44
Heqset: Konqresdə mənim istefama nail ola bilməyəcəklər
Digər ölkələr
03:03
Kuşner: ABŞ və müttəfiqləri Avropaya dair məzmunlu məsləhətləşmələr aparıb
Digər ölkələr