Macarıstan Avropa daxilində Ukraynaya silah tədarükü üçün şərt qoyub
- 04 iyul, 2023
- 19:50
Yeniliklərdən dərhal xəbərdar olun!
“Mövqeyimiz aydındır: “OTP” bankı beynəlxalq müharibə sponsorları siyahısından çıxarılana qədər Macarıstan Avropa İttifaqı daxilində Ukraynaya silah tədarükü üçün heç bir maliyyə dəstəyi verməyəcək”.
“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
O qeyd edib ki, söhbət təkcə Macarıstan hökumətinin artıq blokladığı 500 milyon avrodan deyil, həm də gələcəkdə Ukraynaya yardım təkliflərindən gedir.
Macarıstanın xarici işlər naziri vurğulayıb ki, Kiyevin bankın bu siyahıda olması ilə bağlı irəli sürdüyü arqumentlər “gülməli”dir:
“Əgər ukraynalılar Macarıstanın ən böyük bankı OTP-nin beynəlxalq müharibə sponsorları siyahısında yer aldığı mənasız, aldadıcı müddəaya son qoysalar, biz fikrimizi dəyişməyə hazırıq”.