Luiziana ştatında fövqəladə vəziyyət tətbiq edildi
Digər ölkələr
- 29 avqust, 2020
- 06:22
ABŞ Prezidenti Donald Tramp Laura tropik qasırğasının vurduğu Luiziana ştatında fövqəladə vəziyyətin tətbiq olunmasını təsdiqləyib.
“Report” Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı qasırğadan zərər çəkmiş bölgələrdə bərpa işlərini aparmaq üçün yerli qurumların səylərinə dəstək olaraq federal səviyyədə yardım göstərilməsi barədə tapşırıq verib.
Xatırladaq ki, son günlər Meksika körfəzi tərəfindən ABŞ ərazisinə daxil olan və son ilin ən dağıdıcısı hesab edilən Laura tropik qasırğası sahəsində küləyin sürəti 240 km/saatadək artıb. Buna görə 4-cü güc dərəcəsi ilə dəyərləndirilən qasırğaya bir qədər sonra 2-ci dərəcə verilib.
Son məlumata görə, qasırğanın törətdiyi fəsadlar nəticəsində ABŞ-da 14 nəfər ölüb.
Son xəbərlər
18:01
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün uğurlu iş ortaya qoya bilməyib
Xarici siyasət18:00
"Legion Financial"ın səhmlərinə 3 investor maraq göpstərib
Maliyyə17:57
Nadir Nəbiyev "Şəfa" Futbol Klubunun akademiya rəhbəri təyin edilib
Futbol17:50
MakQerri: Kulevi neft terminalı Avropa İttifaqının sanksiya hədəflərindən çıxarılıb
Xarici siyasət17:48
Azərbaycanda virtual kartların sayı 24 % artıb
Maliyyə17:42
Banklararası Kart Mərkəzi ilə ötən il aparılmış əməliyyatların sayı açıqlanıb
Maliyyə17:41
ÜST-nin baş direktoru: Bəzi dövlətlər BMT nizamnaməsinə riayət etmirlər
Xarici siyasət17:37
Azərbaycanın ödəniş bazarı iştirakçıları ötən il 63 milyard manatlıq əməliyyat aparıb
Maliyyə17:35