Bakı. 7 sentyabr. REPORT.AZ/ Almaniyanın "Lufthansa" aviaşirkətinin pilotları sentyabrın 8-də tətil keçirəcəklər. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə "Vereinigung Cockpit" həmkarlar ittifaqından bildirilib.
Tətil sabah səhərdən başlayacaq və Almaniya aeroportlarından həyata keçirilən bütün uzaq məsafəli reysləri, ilk növbədə, kontinentlərarası uçuşları əhatə edəcək.
Tətil çərşənbə günü başa çatacaq.