Almaniyanın ən böyük aviaşirkəti olan “Lufthansa” Rusiyanın Ukraynada apardığı əməliyyat fonunda gələn ilin martın 25-dək Rusiya hava məkanından istifadə etməyəcək.
“Report” xəbər verir ki, bu barədə aviadaşıyıcının saytında dərc edilmiş məlumatda deyilir.
Qeyd olunur ki, bu müddət ərzində “Lufthansa”nın Rusiyaya və Rusiyadan olan bütün reysləri ləğv ediləcək.
Şirkət həmçinin göstərilən tarixə qədər Ukrayna ilə hava əlaqəsini dayandırdığını açıqlayıb.