“Lufthansa” Frankfurt-Mayn və Münhen hava limanlarında uçuşları ləğv edir

Digər ölkələr
  • 26 iyul, 2022
  • 10:57
“Lufthansa” Frankfurt-Mayn və Münhen hava limanlarında uçuşları ləğv edir

Almaniyanın “Lufthansa” aviaşirkəti iyulun 27-də Frankfurt-Mayn və Münhen hava limanlarında işçilərinin tətili səbəbindən demək olar ki, bütün reyslərin ləğv olunduğunu elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Ümumilikdə, Frankfurt-Maynda 678 reys ləğv ediləcək. Bu qərarın 92 min sərnişinə təsir edəcəyi gözlənilir.

Münhen hava limanında isə 345 reys ləğv olunacaq. Bu, 42 min sərnişinə təsir göstərəcək.

44 filmi