Los-Ancelesdə şerif yardımçıları velosipedçini güllələyib

Los-Ancelesdə şerif yardımçıları velosipedçini güllələyib Los-Anceles dairəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları velosipedçi ilə yaranmış insident sonrasında onu güllələyərək öldürüblər.
Digər ölkələr
1 Sentyabr , 2020 10:48
Los-Ancelesdə şerif yardımçıları velosipedçini güllələyib
0 : 00
0 : 00

Los-Anceles dairəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları velosipedçi ilə yaranmış insident sonrasında onu güllələyərək öldürüblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.

Bildirilir ki, şerif ofisinin əməkdaşları qaydaları pozduğuna görə qaradərili velosipedçini dayandırmağa çalışıb. Amma o, dayanmaq əmrinə tabe olmayaraq velosipedlə gözdən itib. Saxlandıqda isə velosiped idarə edən şəxs şerif yardımçıları ilə mübahisə etməyə başlayıb. İnsident zamanı sürücü şerif yardımçılarından birinə zərbə endirib. İkinci yardımçı isə ifadəsində insident zaman qaradərili şəxsin üzərində tapança gördüyünü və bu səbəbdən ona doğru atəş açdığını bildirib.

Telekanalın məlumatına görə, velosiped sürən şəxsə bir neçə dəfə atəş açılıb və nəticədə o, hadisə yerindəcə ölüb. Hadisə nəticəsində hüquq-mühafizə orqanı əməkdaşlarından heç biri xəsarət almayıb.

Hazırda hadisənin yaşandığı Los-Ancelesin cənubuna xeyli sayda etirazçı toplaşıb.

Son xəbərlər

Orphus sistemi