Londonda yarım milyon insan ikinci referendum tələbi ilə etiraz aksiyası keçirib - FOTO
- 20 oktyabr, 2018
- 15:38
Yeniliklərdən dərhal xəbərdar olun!
London. 20 oktyabr. REPORT.AZ/ Britaniyanın paytaxtı Londonda “People’sVote” (Xalq Səsverməsi) adlı aksiya keçirilib.
“Report”un Qərbi Avropa bürosunun verdiyi xəbərə görə,aksiyada iştirak edən yarım milyon insan “Brexit”lə bağlı son razılıq üçünikinci referendumun keçirilməsini tələb edib.
Aksiya iştirakçıları əllərində “Biz Avropa İttifaqındançıxmaq istəmirik”, “Tereza Meyə yox!”, “Avropa İttifaı ilə daha güclüyük”, “Gənclər"Brexit"ə qarşıdır”, “Bizə son sözü demək haqqı tanıyın” – şüarlarıolan plakatlarla “Park Lane”dən Hökumət evinin olduğu “Westminister” ərazinədoğru yürüyüş ediblər.
Aksiya iştirakçılarından biri Viliam Mog kütləvi tədbirüçün Leeds şəhərindən gəldiyini deyib. O, bildirib ki, Avropa İttifaqındanayrılmaq Britaniya üçün zərərli olacaq: “Biz Avropa İttifaqı ilə birgə güclüolduğumuza inanırıq. Bu gün də bura yenidən referendumun keçirilməsini dəstəkləməküçün gəlmişik”.
Qeyd edək ki, kütləvi tədbirə parlament üzvləri ilə yanaşı,Londonun meri Sadiq Khan da dəstək verib.