Londonda terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Digər ölkələr
  • 11 dekabr, 2019
  • 19:36
Londonda terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Britaniyanın paytaxtı Londonun Luton hava limanında terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Skotlend-Yardın “Twitter”dəki səhifəsində bildirilir.

"Polisin Antiterror komandanlığının xəfiyyələri Lutonda terrorçuluqda iştirakda şübhəli bilinən 25 yaşlı kişini həbs edib", - deyə xəbərdə qeyd edilir.

Qeyd edilir ki, o Cənubi Londondakı polis bölməsinə aparılıb. 

44 - Tezliklə