Londonda metro stansiyalarından biri təxliyyə olunub

Londonda metro stansiyalarından biri təxliyyə olunub Ən azı 12 polis və "təcili yardım" maşını stansiya yaxınlığına cəlb edilib
Digər ölkələr
1 Oktyabr , 2017 02:51
Londonda metro stansiyalarından biri təxliyyə olunub

Bakı. 1 oktyabr. REPORT.AZ/ London polisinin əməkdaşları "Old Street" metrostansiyasından insanları təxliyyə edib.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, stansiya yaxınlığında ən azı 12 polis və "təcili yardım" maşını var.

Son məlumatlara görə, hüquq-mühafizə orqanlarına partlayış və şübhəli şəxs barədə məlum daxil olub, lakin polis ərazidən heç nə tapmayıb.

Hazırda stansiya ştat rejimində işini davam etdirir.

Son xəbərlər

Orphus sistemi