London polisi: "Paytaxtda yanğın zamanı 58 nəfər itkin düşüb"

London polisi: "Paytaxtda yanğın zamanı 58 nəfər itkin düşüb" Daha öncə KİV həlak olanların sayının 70 nəfərə çatdığını xəbər verib
Digər ölkələr
17 İyun , 2017 19:20
London polisi: Paytaxtda yanğın zamanı 58 nəfər itkin düşüb

Bakı. 17 iyun. REPORT.AZ/ Britaniya polisi Londonda "Grenfell Tower" çoxmərtəbəli yaşayış evində baş verən yanğın qurbanlarının sayı barədə rəsmi məlumat yayıb.

"Report" xəbər verir ki, Skotlend-Yardın məlumatına görə, yanğın zamanı 58 nəfər ölüb və ya itkin düşüb.

Daha öncə KİV həlak olanların sayının 70 nəfərə çatdığını xəbər verib.

Son xəbərlər

Orphus sistemi