Bakı. 12 dekabr. REPORT.AZ/ London aeroportundakı nasazlıq aradan qaldırılıb. "Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, artıq hava limanında uşuşlar bərpa olunub.
İlk xəbər saat 20:40-da qoyulub
İngiltərənin paytaxtı London şəhərinin hava məkanı kompüter sistemindəki nasazlıq səbəbindən yerli vaxtla saat 19:00-dək (Bakı vaxtı ilə saat 23:00-dək) bağlanıb. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Hitrou aeroportunun "Twitter" səhifəsində deyilir ki, dispetçer mərkəzində elektrik enerjisi kəsildiyindən uçuşlar yubanır: "Bu da Böyük Britaniyanın hava məkanına təsir edir".