​Liviyanın Sirt şəhərinin limanı İŞİD terrorçularından azad edilib

​Liviyanın Sirt şəhərinin limanı İŞİD terrorçularından azad edilib Bu haqda ölkənin şimal-qərbində Misrata şəhərində qərargahdakı mənbə məlumat yayıb
Digər ölkələr
11 İyun , 2016 04:28
​Liviyanın Sirt şəhərinin limanı İŞİD terrorçularından azad edilib

Bakı. 11 iyun. REPORT.AZ/ Liviya silahlı qüvvələri Sirt şəhərinin limanını İŞİD terror təşkilatından azad edib. 

"Report"un məlumatına görə, bu haqda "Reuters" agentliyi ölkənin şimal-qərbində Misrata şəhərində qərargahda mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı 11 hərbçi ölüb, 30-dan çox əsgər yaralanıb. Sirtin İŞİD terror qruplaşmasından azad olunması əməliyyatının başlanması mayın əvvəlində elan edilib. 

Çərşənbə günü ordunun terrorçuların edam üçün istifadə etdikləri şəhər körpüsünə nəzarəti öz əlinə alması məlum olub. Dünənki döyüşlərdə isə İŞİD komandirlərindən biri məhv edilib. 

Son xəbərlər

Orphus sistemi