Liviyanın oğurlanmış keçmiş baş naziri azad edilib

Liviyanın oğurlanmış keçmiş baş naziri azad edilib Yaxınları artıq keçmiş baş nazirlə telefonla danışıblar
Digər ölkələr
23 Avqust , 2017 04:59
Liviyanın oğurlanmış keçmiş baş naziri azad edilib

Bakı. 23 avqust. REPORT.AZ/ Liviyanın oğurlanmış keçmiş baş naziri Əli Zeydan azad edilib.

“Report” xəbər verir ki, bu barədə "Libya Heralds" Zeydanın yaxınlarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, yaxınları artıq keçmiş baş nazirlə telefonla danışıblar.

Daha əvvəl mətbuat silahlı şəxslərin Zeydanı Liviyada oteldə oğurladıqlarını xəbər vermişdi. 

Xatırladaq ki, bu, keçmiş baş nazirin üzləşdiyi ikinci xoşagəlməz haldır. Belə ki, o, 2013-cü ildə də oğurlanıb. Lakin sonradan azad edilib.

Son xəbərlər

Orphus sistemi