Yuxarı

​Liviyada yeni hökumət formalaşdırılıb

Afrika ölkəsinin baş naziri Faiz Sarac olub

Bakı. 9 oktyabr. REPORT.AZ/ Liviyada milli birlik hökuməti formalaşdırılıb.

"Report" xəbər verir ki, ölkənin baş naziri Faiz Sarac olub.

BMT baş katibinin Liviyadakı xüsusi nümayəndəsi Bernardino Leonun sözlərinə görə, yeni Nazirlər Kabineti ölkənin kəskin böhran vəziyyətindən çıxmasına kömək etməlidir.

BMT-nin məlumatına görə, Liviya hökumətinin formalaşdırılması prosesində ölkənin bütün regionlarını təmsil edən 150 nəfər iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi