Liviyada kütləvi məzarlıq aşkarlanıb

Liviyada kütləvi məzarlıq aşkarlanıb Cəsədlərin silahlı qruplaşma üzvlərinə aid olduğunu güman edilir
Digər ölkələr
1 Oktyabr , 2017 12:04
Liviyada kütləvi məzarlıq aşkarlanıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Liviyanın Benqazi şəhərində 80 insan cəsədinin olduğu kütləvi məzarlıq aşkarlanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin idarəsi "facebook"da məlumat yayıb.

Qeyd olunur ki, kütləvi məzarlıq şəhərin şimalında, Kanfud rayonunda aşkarlanıb.

Polis cəsədlərin regiondakı döyüşlərdə iştirak edən silahlı qruplaşma üzvlərinə aid olduğunu güman edir.

Son xəbərlər

Orphus sistemi