Yuxarı
    Bağlamaq

    Liviya sahillərində miqrant gəmilərinin batması nəticəsində 250 nəfər ölüb

    Hələlik sudan 5 cəsəd çıxarılıb© Foto: "kommersant.ru"

    Bakı. 23 mart. REPORT.AZ/ Aralıq dənizində, Liviya sahilləri yaxınlığında içində 250 miqrantın olduğu gəmi batıb.

    "Report" "France Presse"yə istinadən xəbər verir ki, miqrantların həlak olduğu ehtimal edilir.

    Xəbərdə bildirilir ki, xilasedicilər Liviya sahillərindən 24 kilometr məsafədə batmış rezin qayıqları aşkar ediblər. Hələlik sudan 5 cəsəd çıxarılıb.

    "ЕС Frontex" agentliyinin məlumatına görə, 2016-cı ildə İtaliyaya mərkəzi-Aralıq dənizi marşrutu ilə 180 mindən çox adam gəlib. Onlar əsasən Afrika vətəndaşları – nigeriyalılar, habelə Eritreya, Qvineya, Qambiya, Kot-d İvuar sakinləridir.

    Ötən il həlak olan və xəsarət alan miqrantların sayı 5 mindən çoxdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi