Liviya sahillərində 115 miqrant xilas edilib
Digər ölkələr
- 01 iyul, 2018
- 19:37
Bakı. 1 iyul. REPORT.AZ/ Liviyanın Sahil Mühafizəsinin katerləri ölkənin cənub-qərbindəki Surman şəhəri sahillərində 115 miqrantı xilas ediblər.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Birlik hökumətinə tabe olan Hərbi Hava Qüvvələrinin məlumatında bildirilir.
Məlumata görə, miqrantların olduğu gəmi Surman şəhəri sahilindən 10 kilometr məsafədə aşkarlanıb. Afrikanın müxtəlif ölkələrindən olan miqrantlara zəruri yardım göstərilib. Bundan sonra onlar Qanunsuz Miqrasiyaya qarşı Mübarizə İdarəsi Mərkəzinə çatdırılıblar.
Qeyd edək ki, iyunun 29-da Tripoli sahillərində gəmi qəzası baş verib. Nəticədə 3 miqrant ölüb, 16 nəfər xilas edilib. Hadisə zamanı 100-dən çox miqrant itkin düşüb.
Son xəbərlər
10:14
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Energetika10:13
Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
Energetika10:09
"Yuventus"un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib
Futbol09:53
Mikayıl Cabbarov: Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik
Daxili siyasət09:30
Suverenliyin bərpası Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq üçün hüquqi zəmin yaradıb - RƏY
Daxili siyasət09:14
PSJ prezidenti barəsində istintaq başlanılıb
Futbol09:05
Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Futbol09:00
Ağ Evin yaxınlığında Trampla görüş tələb edən kişi saxlanılıb
Digər ölkələr08:44
Video