Liviya sahillərində 110 miqrantın olduğu gəmi batıb

Liviya sahillərində 110 miqrantın olduğu gəmi batıb Yalnız 4 nəfər xilas edilib
Digər ölkələr
15 Yanvar , 2017 04:02
Liviya sahillərində 110 miqrantın olduğu gəmi batıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Şənbə günü Liviya sahillərində göyərtəsində 110 miqrantın olduğu gəmi çevrilib, çoxsaylı axtarışlardan sonra yalnız 4 nəfər xilas edilib.

“Report” xəbər verir ki, bu barədə bazar günü Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Flavio di Cakomoya istinadən “Associated Press” məlumat yayıb.

Qeyd olunur ki, insident Liviya sahillərindən təqribən 50 km. aralıda baş verib. İlkin məlumatlara görə, gəminin göyərtəsində 110 nəfər olub.

Xilasedicilər sudan 8 nəfərin meyitini çıxara biliblər.

Son xəbərlər

Orphus sistemi