Liviya təyyarəsini qaçıranlar sərnişinləri buraxıblar

Digər ölkələr
  • 23 dekabr, 2016
  • 12:03
Liviya təyyarəsini qaçıranlar sərnişinləri buraxıblar

Bakı. 23 dekabr. REPORT.AZ/ Liviyanın "Afriqiyah Airways" aviaşirkətinə məxsus A320 təyyarəsini 2 nəfər qaçırıb. 

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, təyyarədə 118 nəfər olub.

Təyyarə daxili reys həyata keçirərkən həmin şəxslər təyyarəni Malta istiqamətində uçmağa məcbur ediblər.

Hava nəqliyyatı vəsitəsini zəbt edən şəxslər ekipaj üzvlərini bomba partladacaqları ilə hədələyiblər. Onların tələbləri haqqında məlumat verilmir. 

Təyyarə Maltada eniş edib. Təyyarəni qaçıran şəxslər sərnişinləri buraxıblar, ekipaj üzvlərini isə göyərtədə saxlayıblar.