Livanlı Navaf Salam Beynəlxalq Ədalət Məhkəməsinin yeni sədri seçilib

Digər ölkələr
  • 07 fevral, 2024
  • 03:47
Livanlı Navaf Salam Beynəlxalq Ədalət Məhkəməsinin yeni sədri seçilib

Livanlı hakim Navaf Salam üç il müddətinə Beynəlxalq Ədalət Məhkəməsinin yeni prezidenti vəzifəsinə seçilib

“Report” xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti bildirib.

O bu vəzifədə amerikalı Coan Donohyunu əvəz edib. Uqandadan olan hakim Julia Sebutinde isə Beynəlxalq Məhkəmənin vitse-prezidenti seçilib.

Beynəlxalq Ədalət Məhkəməsinə qoşulmazdan əvvəl Salam 2007-ci ilin iyulundan 2017-ci ilin dekabrına qədər Livanın BMT-dəki daimi nümayəndəsi olub. O, 2012-2013-cü illərdə BMT Baş Assambleyasının vitse-prezidenti, 2013-cü ilin iyulunda isə Baş Assambleyanın Prezidenti vəzifəsini icra edib.

Sebutinde isə 2012-ci ildən Beynəlxalq Ədalət Məhkəməsində işləyir. 2005-2011-ci illərdə o, Sierra-Leone üzrə Xüsusi Məhkəmənin hakimi olub. Bu məhkəmə orqanı Sierra-Leone hökuməti və BMT tərəfindən 1996-cı il vətəndaş müharibəsi zamanı cinayət törətmiş hərbi cinayətkarları mühakimə etmək üçün yaradılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti