Livanın baş naziri tezliklə Beyruta qayıdacağını bildirib

Livanın baş naziri tezliklə Beyruta qayıdacağını bildirib Həriri ölkəni təhlükəsizlik məqsədi ilə tərk etdiyini təsdiqləyib
Digər ölkələr
13 Noyabr , 2017 06:25
Livanın baş naziri tezliklə Beyruta qayıdacağını bildirib
Livanın istefa vermiş baş naziri Saad Hariri / Al-Manar

Bakı. 13 noyabr. REPORT.AZ/ Livanın baş naziri Saad Həriri bir neçə gündən sonra Beyruta qayıdacağını bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, o bunu "Əl-Mustəkbəl" telekanalının canlı efiri zamanı deyib.

"Mən respublika prezidentinə istefa barədə rəsmi ərizə təqdim etmək üçün Beyruta gələcəyəm", - deyə o əlavə edib.

Həriri ölkəni təhlükəsizlik məqsədi ilə tərk etdiyini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi