Livanda partlayış olub

Livanda partlayış olub Ölən, xəsarət alan və ziyan barədə məlumat yayılmayıb
Digər ölkələr
22 Sentyabr , 2020 17:04
Livanda partlayış olub

Livanın cənubunda yerləşən Ayn Kana yaşayış məntəqəsində partlayış olub.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, hadisə sentyabrın 22-si saat 15 radələrində qeydə alınıb. 

Partlayışın tüstüsü onlarla metr yuxarı qalxıb. İlkin məlumata görə, partlayış yanacaqdoldurma məntəqələrindən birində baş verib.

Ölən, xəsarət alan və ziyan barədə məlumat yayılmayıb.

Qeyd edək ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində 190 nəfər ölmüş, 6 min nəfər yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi