Bakı. 27 iyun. REPORT.AZ/ Livanın şimal-şərqində insanların çox olduğu yerdə iki kamikadze özünü partladıb.
"Report" xəbər verir ki, bu barədə yerli "Əl-Manar" telekanalına istinadən "Reuters" məlumat yayıb.
Partlayışlar nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb. Terror aktları Suriya ilə sərhəddə yerləşən Kaa kəndində törədilib.