Yuxarı
    Bağlamaq

    Livanda "İslam Dövləti" qruplaşması liderinin həyat yoldaşı və oğlu saxlanılıb

    Əməliyyat xarici xüsusi xidmətlərlə birgə saxlanılan şəxslərin sərhədi keçmək istədikləri zaman keçirilib

    Bakı. 2 dekabr. REPORT.AZ/ "İslam Dövləti" ekstremist qruplaşması lideri Əbu Bəkr əl-Bağdadinin arvadlarından biri və oğlu  Livan-Suriya sərhədini keçmək istədikləri zaman saxlanılıblar. Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

    Livan hüquq-mühafizə orqanlarının rəsmi nümayəndələri qeyd ediblər ki, saxlanılan şəxslər Beyrutda Livan Müdafiə Nazirliyinə gətiriliblər. 

    Livanın "Əs-Safir" qəzetinin məlumatına əsasən, əməliyyat xarici xüsusi xidmətlərlə birgə saxlanılan şəxslərin sərhədi saxta pasportla keçmək istədikləri zaman keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi